Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Hüseyn Əmir Abdullahyan Nyu Yorkda görüşüb. Onlar Qırmızı dəniz akvatoriyasındakı vəziyyətdən narahat olduqlarını bildiriblər.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər “Rusiya-İran münasibətlərinə və BMT Nizamnaməsinin əsas prinsiplərinə, o cümlədən daxili işlərə qarışmamaq, suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmətə sadiqliklərini bir daha təsdiqləyiblər”.