Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiçi qəbul edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, görüş zamanı Cənubi Qafqazdakı vəziyyəti müzakirə edilib.
Bildirilib ki, diplomatlar regionda sülh və sabitliyin gücləndirilməsi üçün atacaqları addımların bundan sonra da əlaqələndirilməsinə dair razılıqları təsdiq ediblər.
Onlar həmçinin Mərkəzi Asiya və Ukraynadakı müharibə barədə danışıb, regional və beynəlxalq məsələlər üzrə ikitərəfli əməkdaşlığın səmərəliliyini qeyd ediblər.