Fransanın yeni təyin olunmuş xarici işlər naziri Stefan Sejure diplomatik korpusa müraciətində bildirib ki, “Fransa Ermənistana davamlı dəstəyini təmin edəcək”.
Bu barədə Fransanın Ermənistandakı səfiri Olivier Dıkotin X mikrobloqunda yazıb.
Xarici işlər nazirinin çıxışında da qeyd olunur ki, “qanunlara və ərazi bütövlüyünə hörmət əsasında ədalətli və davamlı sülhə nail olmaq, eləcə də əhalinin xatirəsinə, tarixinə və mədəniyyətinə hörmətlə yanaşaraq ləyaqətli yaşamaq hüququnu təmin etmək lazımdır”.