Yanvarın 20-21-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iştirakı ilə Vyanada Ermənistanın Avropa ölkələrində, ABŞ və Kanadada akkreditə olunmuş səfirləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinin görüşü keçirilib.
Görüş zamanı Cənubi Qafqazdakı mövcud vəziyyət, sülh gündəmi, sabitliyin bərqərar edilməsinə yönəlmiş səylər, ER ikitərəfli və çoxtərəfli gündəliyin genişləndirilməsi perspektivləri müzakirə edilib.
Beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparılıb.