ABŞ Konqresinin Ermənilər Qrupunun həmsədrləri Frenk Palon, Qus Bilirakis, Adam Şiff və Devid Valadao birgə bəyanatla çıxış ediblər.
Bəyanatda qeyd olunur ki, Prezident Əliyevin eskalasiya ilə bağlı son bəyanatları, o cümlədən qoşunları Ermənistan ərazisindən çıxarmaqdan imtina etməsi onun ötən payızda Artsaxda 100 mindən çox erməniyə qarşı etnik təmizləməyə hazırlaşdığı eyni sxemə uyğundur.
“O, düşmənçilik ruhu ilə bəyanatlar verir, ordusunun daha da səfərbər olunmasına haqq qazandırmaq üçün çıxışlardan istifadə edir, sonra da aqressiv addımlar atır.
Onun rejiminə müharibə ruhlu ritorikasına və Cənubi Qafqazda ermənilərə qarşı hərəkətlərinə görə məsuliyyətə cəlb etməyin vaxtıdır.
ABŞ və regional tərəfdaşlarımız Ermənistanın ərazi bütövlüyünü təmin etmək və Əliyevin açıq-aşkar təhdidlərinə qarşı çıxmaq üçün bütün diplomatik vasitələrdən, o cümlədən sanksiyalardan istifadə etməlidirlər.
Biz Dövlət Departamentini və beynəlxalq tərəfdaşlarımızı Azərbaycanın növbəti təcavüzününün qarşısını almaq və Ermənistanın təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görməyə çağırırıq”, - bəyanatda qeyd olunub.