Nazir Vahan Kerobyan Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsində (Ost-Ausschuss) erməni və alman işgüzar dairələri ilə görüşüb. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Görüş zamanı Vahan Kerobyan Ermənistan iqtisadiyyatının hazırkı vəziyyətini, bu sahədə həyata keçirilən dövlət siyasətini, ölkədə yaradılmış əlverişli investisiya mühitini, eləcə də şirkətlərə göstərilən dəstək alətlərini, o cümlədən iqtisadiyyatın modernləşdirilməsi tədbirini qısa şəkildə təqdim edib.
Həmçinin “Sülhün kəsişməsi” layihəsi və onun həyata keçirilməsinin verdiyi imkanlar təqdim olunub.
Nazir Vahan Kerobyan alman iş adamlarının suallarını cavablandırıb.