Birləşmiş Ştatlar bildirib ki, Ermənistan və Azərbaycan arasında sülhsevər addımları alqışlayır və tərəfləri “nə qədər tez, bir o qədər yaxşı” sülh sazişi əldə etməyə çağırır.
"Biz hər iki ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Ümid edirik ki, onlar bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyan davamlı sülh müqaviləsi imzalayacaqlar və bu nə qədər tez olsa, bir o qədər yaxşıdır", - Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
“Son bir il ərzində tərəflər əhəmiyyətli irəliləyiş əldə ediblər və biz onları əvvəlki danışıqlara əsaslanaraq bu sürəti qoruyub saxlamağa təşviq edirik və sülh sazişi imzlqmaga çagırırıg”, - Miller bildirib.
Eyni zamanda, o, Dövlət departamentin baş müşaviri Lui Bononun Ermənistana son səfəri və ordaki görüşlərinin təfərrüatlarını, həmçinin Bakıya səfər etmədiyinin səbəblərini açıqlamaqdan çəkinib.