Yanvarın 19-da Ermənistan Respublikasının Rumıniyadakı səfiri Tigran Galstyan etimadnaməsinin surətinin təqdim olunması ilə əlaqədar Rumıniyanın xarici işlər naziri Luminica Odobesku ilə görüşüb. Bu barədə ER-nin Rumıniyadakı səfirliyi məlumat yayıb.
Rumıniyanın xarici işlər naziri onu vəzifəyə başlaması münasibətilə təbrik edərək, səfirə missiyasında uğurlar arzulayıb və onun fəaliyyətinin Ermənistan və Rumıniya arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Görüş zamanı ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi potensialı ilə bağlı məsələlər, o cümlədən Ermənistanın Avropa İttifaqı ilə tərəfdaşlığı çərçivəsində çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.