Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsi gündəmdə deyil.
Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin RİA-ya müsahibəsində deyib.
“Belə siqnallardan xəbərim yoxdur. Mən Ermənistan tərəfinin verdiyi rəsmi bəyanatları rəhbər tuturam. Xüsusən də bazanın çıxarılması gündəmdə deyil. Yəni Rusiya tərəfindən də belə siqnallar olmayıb”, - o qeyd edib.
Səfir hesab edir ki, Ermənistan və Rusiyanın strateji maraqları üst-üstə düşür, iki ölkə arasında münasibətlər müttəfiqlik xarakter daşımağa davam edir.
Diplomatın sözlərinə görə, Rusiya ER baş naziri Nikol Paşinyanın may ayında Moskvada keçiriləcək AİB-nin yubiley sammitində iştirakını gözləyir.