Yanvarın 19-da ER müdafiə naziri Suren Papikyan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolominanı qəbul edib.
Görüş zamanı Ermənistan-NATO tərəfdaşlığının hazırkı kursu və inkişaf perspektivləri müzakirə olunub.
Regional təhlükəsizliklə bağlı və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.