Gürcüstanın baş naziri İrakli Qaribaşvili Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı qeyd edib ki, Gürcüstanın qonşu Azərbaycan və Ermənistanla çox sıx və tərəfdaşlıq münasibətləri var.
“İki il əvvəl vasitəçilik təcrübəm oldu. Azərbaycan 15 məhbusu azad edəndə, Ermənistan isə Azərbaycana minalanmış ərazilərin xəritəsini verəndə biz uğurlu vasitəçilik etdik. Bu, uğurlu sınaq idi. Amma bu çox çətin vəziyyətdir. Biz başa düşürük ki, bu regionda çoxlu oyunçu var”, - deyə Qaribaşvili bildirib.
O, Ermənistan və Azərbaycan arasında ikitərəfli səviyyədə dialoqun prosesin səmərəliliyi baxımından düzgün yol olduğu qənaətindədir.
“Mən həqiqətən ümid edirəm ki, onlar tezliklə həll yolunu tapacaqlar və sülh sazişi imzalayacaqlar”, – Qaribaşvili bildirib.