Rusiya Müdafiə Nazirliyi müharibə başlayandan bəri ilk dəfə olaraq Leninqrad vilayəti üzərində Ukraynaya məxsus PUA-nın vurulması barədə məlumat yayıb.
Rusiya MN-dən xəbər verilir ki, pilotsuz təyyarə 6 metr qanad genişliyinə və porşenli mühərrikə malik təyyarə tipi olub.
PUA-nın hədəfi Peterburq Neft Terminalı olub və onun üzərindən vurulub.
Moskva vilayətində də daha bir PUA-nın vurulduğu qeyd edilib.