Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Vaqarşak Harutyunyan Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb.
Görüş zamanı regional təhlükəsizlik məsələlərİ ətrafında fikir mübadiləsi aparılıb. Səfir Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində baş verən son hadisələri təqdim edib, rəsmi Bakının son bəyanatlarından narahatlığını bildirdi.
Səfir Ermənistan mövqeyinin əsasını təşkil edən fundamental prinsipləri vurğuladı - ərazi bütövlüyünə qarşılıqlı hörmət, SSRİ-nin son xəritələri əsasında demarkasiya prosesinin təmin edilməsi, suverenlik və yurisdiksiya altında bərabərlik və qarşılıqlılıq prinsipləri ilə regional kommunikasiyaların açılması.
Rusiya XİN bəyaatında qeyd ounub ki, görüş zamanı Ermənistan-Azərbaycan nizamlanması prosesində mövcud vəziyyət hərtərəfli müzakirə olunub.
“Rusiya tərəfi Rusiya, Ermənistan və Azərbaycan liderlərinin sazişlər kompleksinə əsaslanaraq, bu istiqamətdə üçtərəfli işlərin mümkün qədər tez bərpa olunmasının zəruriliyini vurğulayıb”.