ER maliyyə nazirinin müavini Eduard Hakobyan yanvarın 16-17-də Vyanada Euromoney konfransı çərçivəsində Mərkəzi və Şərqi Avropanın illik forumunda iştirak edib.
Forumda Mərkəzi və Şərqi Avropa ölkələrindən yüksək vəzifəli məmurlar, aktiv menecerləri, o cümlədən investisiya menecerləri və banklar iştirak edirlər.
Forumda Eduard Hakobyan əsas məruzəçi qismində çıxış edərək, ER hökumətinin iqtisadi islahatları, Dağlıq Qarabağdan məcburi köçkün düşmüş ermənilərə dəstək tədbirləri, Rusiya-Ukrayna münaqişəsinin Ermənistana təsiri kimi bir sıra əsas məsələlərə toxunub.