Fransa Respublikasının Senatı 36 lehinə, 1 əleyhinə səslə Ermənistanı dəstəkləyən və Azərbaycana qarşı sanksiyalar tələb edən qətnaməni qəbul edib. Bu barədə Ermənistanın Fransadakı səfirliyi bildirdi.
Səfirliyin məlumatına əsasən, Senatın qərarı Ermənistanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, 2023-cü ildə müttəfiqlərinin dəstəyi ilə 19 və 20 sentyabrda Azərbaycan tərəfindən Dağlıq Qarabağa qarşı hərbi hücumu pisləyir.
“Qətnamə Azərbaycan qoşunlarını və onların müttəfiqlərini Ermənistanın suveren ərazisindən dərhal və qeyd-şərtsiz çıxarmağa çağırır.
Qey olunur ki, Ermənistanın öz ərazi bütövlüyünü qorumaq və öz təhlükəsizliyini, o cümlədən hərbi yolla təmin etmək üçün hüquqa malikdir.
Dağlıq Qarabağın siyasi liderlərinin əsassız həbslərini pisləyir”.
Qətnamə Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması üzrə hökumətlərarası komitədən Azərbaycanı çıxartmağa çağırır. YUNESKO-da beynəlxalq ekspertlər qrupunun yaradılmasını və onun mədəni və dini irsin vəziyyəti haqqında məlumatlandırıcı hesabat hazırlamaq üçün Dağlıq Qarabağda missiyasının göndərilməsinin vacibliyi vurğulandı.
Bundan başqa Azərbaycanın hərbi təcavüzünə qarşı sanksiyaların tətbiqi üçün Azərbaycan liderlərinin aktivlərinə həbs qoyulması və Azərbaycandan qaz və neft idxalına embarqo qoyulması da daxil olmaqla ən sərt tədbirlərin görülməsini vurğulayır.
Qətnamə həmmüəlliflər Senatdakı bütün siyasi fraksiyaların liderləridir: Bruno Ratayo, Mariz Karrer, Sesil Sukimeran, Giyom Gontar, Patrik Kaner, Herve Marsel, Klod Malyuren, Fransu Patria, eləcə də Senatda Ermənistan dostluq qrupunun sədri Jilber-Lyuk Divnaz.
Görüşdə Fransanın yeni təyin olunmuş Avropa və Xarici İşlər naziri Stefan Sjurne də iştirak edib. Qətnamənin qəbulu sessiyasında fəxri qonaq qismində Ermənistanın Fransadakı səfiri Hasmik Tolmacyan və Dağlıq Qarabağ nümayəndəsi Hovhannes Gevorgyan da iştirak ediblər.