Daim axtarışdayam və hələ də tapa bilmirəm, harada yazılıb ki, Ermənistan ərazisində hər hansı başqa dövlət kommunikasiyaların təhlükəsizliyini təmin etməlidir?
Bu barədə “Mülki müqavilə” fraksiyasının sədri Hayk Konjoryan Facebook səhifəsində yazıb.
“Ermənistanın üzərinə götürmədiyi öhdəliklərin yerinə yetirilməməsini Ermənistana aid etmək qəribədir. Bunu 9 noyabr bəyanatının demək olar ki, bütün bəndlərini birbaşa pozan tərəflərin deməsi ikiqat qəribədir.
Ermənistan ərazisindən keçən istənilən yol Ermənistanın suverenliyi və yurisdiksiyası altındadır”, - deyə Hayk Konjoryan yazıb.