Davosda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində Ermənistan Respublikasının Prezidenti Vahaqn Xaçaturyan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan ilə görüşüb.
Görüş zamanı qlobal və regional əhəmiyyətli bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Hər iki tərəf ümumbəşəri sülh və sabitliyin bərqərar olmasının zəruriliyini vurğulayıb. Ermənistan tərəfi İran İslam Respublikası rəhbərliyinin Ermənistan Respublikasının ərazi bütövlüyü və sərhədlərinin ayrılmazlığı ilə bağlı mövqeyini yüksək qiymətləndirib.
Həmsöhbətlər Ermənistan və İran arasında minillik əlaqələri və iki qonşu xalqın dini və mədəni irsinin qorunması və saxlanılması ilə bağlı mövcud qarşılıqlı anlaşma və ümumi yanaşmanı vurğulayıblar.
Həmsöhbətlər həmçinin İran-Ermənistan əlaqələrinin inkişafına töhfə verən İran-Erməni icmasının xüsusi rolunu vurğulayıblar.
Görüşdə iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq, mövcud və nəzərdə tutulan proqramların icrası və gələcək davamlığının təmin edilməsinə toxunulub. Enerji, nəqliyyat, turizm, mədəniyyət və digər sahələrdə qarşılıqlı fəaliyyətə istinad edilib.
Görüşün sonunda iki qonşu ölkə arasında müxtəlif səviyyələrdə davamlı təmaslar və vaxtaşırı fikir mübadiləsi aparıldığı da vurğulanıb.