Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı öz narahatlıqlarını bildirib.
“Azərbaycanda bu yaxınlarda həbs olunan bəzi jurnalistlərə, xüsusən də məhkəmə zallarında əlləri qandallanan, şüşə qəfəslərə salınan və ya əsas insan ehtiyaclarından məhrum edilən gənc qadınlara qarşı ləyaqəti alçaldan rəftar barədə xəbərlər məni dəhşətə gətirdi.
Hər kəsin ləyaqət və hörmətlə rəftar olunmaq hüququ var”, - səfir X mikrobloqunda yazıb.