Qətər Xarici İşlər Nazirliyi bildirdi ki, İsrail və HƏMAS arasında qaçırılan israillilərə lazımi dərmanların çatdırılması müqabilində Qəzza əhalisinə tibbi ləvazimatların çatdırılması barədə razılıq əldə edildi.
Bildirilir ki, dərman və digər zəruri humanitar yüklərin olduğu təyyarə yükü Dohadan Misirin Əl-Ərişə, oradan isə Rəfah keçid məntəqəsi vasitəsilə Qəzzaya çatdıracaq.
Dərman tədarükü ilə bağlı danışıqlarda vasitəçi qismində Qətər və Fransa çıxış edib.