Pakistan öz səfirini İrandan geri çağırıb.
Pakistan XİN Tehranın endirdiyi zərbələrini qanunsuz adlandırıb və cavab vermək hüququnu özündə saxladığını deyib.
Pakistan XİN sözçüsü Mümtaz Zəhra Bəluç əlavə edib ki, İslamabad ölkənin suverenliyinin pozulmasından sonra Tehranla bütün yüksək səviyyəli diplomatik mübadilələri dayandıracaq və hazırda İranda səfərdə olan İranın Pakistandakı nümayəndəsini ölkəyə geri buraxmayacaq.