Ermənistana gələn Avstriya Milli Şurasının üzvü Eva Ernst Dzidziçin başçılıq etdiyi nümayəndə heyəti ER Parlamentinin Ermənistan-Avstriya dostluq qrupunun rəhbəri Şirak Torosyanın müşayiəti ilə yanvarın 17-də Tsitsernakaberd memorial kompleksində olub.
“Qonaqlar erməni soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirən ölməz məşəl önünə gül dəstələri düzüb, onların xatirəsini ehtiramla yad ediblər.
Nümayəndə heyətinin üzvləri Erməni Soyqırımı Muzey-İnstitutunda olub, soyqırımı təsdiq edən eksponat və sənədlərlə tanış olublar”, - məlumatda deyilir.