Yanvarın 17-də Fransa Senatı 2023-cü il dekabrın 1-də təklif olunan “Azərbaycanın Dağlıq Qarabağa hərbi təcavüzünü pisləmək və Ermənistan Respublikasına qarşı növbəti təcavüz cəhdlərinin və ərazi bütövlüyünün pozulmasının qarşısını almaq” məqsədi daşıyan partiyalararası qətnaməni müzakirə edəcək.
Qətnamədə həmçinin Azərbaycana qarşı sanksiyaların tətbiqi və Dağlıq Qarabağın erməni əhalisinin geri qayıtmaq hüququna zəmanət tələb olunur.