ER Parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sargis Xandanyan yanvarın 16-da Birləşmiş Əeəb Əmirliklərinin Milli Federal Şurasının Müdafiə, Daxili İşlər və Xarici İşlər Nazirliyinin sədri Əli Rəşid Əl-Nuaiminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə ER Parlamenti məlumat yayıb.
İclasda Parlamentin Xarici Əlaqələr Daimi Komitəsinin üzvləri Mariya Karapetyan, Eduard Ağacanyan, Hripsime Qriqoryan, Qurgen Arsenyan və Lena Nazaryan iştirak ediblər.
Sargis Xandanyan Ermənistan və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üçün giriş vizası tələbinin qarşılıqlı ləğvini mühüm nailiyyət hesab edib.
Komissiya sədri Ermənistan ətrafındakı təhlükəsizlik mühitinə toxunub. Qeyd olunub ki, Ermənistan çətinliklərə baxmayaraq, nəticədə regionda sülh və sabitliyin bərqərar olacağına inanır və bu məqsədlə Ermənistan tərəfi fəal addımlar atır. Sargis Xandanyan Azərbaycanın etnik təmizləmə siyasəti nəticəsində yüz illərdir Dağlıq Qarabağda yaşayan ermənilərin məcburi köçkünlüyündən də danışıb.
Erməni parlamentarilər qonaqları salamlayıb, bir sıra sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyindən danışıb, “Sülhün kəsişməsi” layihəsini təqdim ediblər.
Qəbula görə təşəkkürünü bildirən Əli Rəşid Əl-Nuaimi bəzi ölkələrlə problem yarandıqda BƏƏ-nin münasibətlərin tənzimlənməsi təcrübəsini təqdim edib. Qonaq qonşularla əməkdaşlığın sülhün bərqərar olmasına töhfə verə biləcəyinə inandığını bildirib. “Sülhün kəsişməsi” layihəsinə toxunan Əli Rəşid Əl-Nuaimi bu təşəbbüsün həyata keçirilməsini dəstəklədiklərini qeyd edib.