ER parlamentinin deputatı Gevorg Papoyan qeyd edib ki, “biz Ermənistanın yurisdiksiyasında olan yolları verməyə hazırıq. O yollar bizim yurisdiksiyamızda olmalıdır.
“Başqa cür ola bilməz. Bu, bizim mövqeyimizdir və mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Biz yeni şey bu şəkildə formalaşdırdıq: İranın Azərbaycana verdiyi şərtlərlə biz o şərtlərlə Azərbaycana yol verə bilərik, İran isə qeyd etdiyim şərtlərlə Azərbaycana yol verir ki, bu da İranın yurisdiksiyasının ərazisidir”.