ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Riberio “AbzasMedia və Kanal 13 əməkdaşlarının son həbsləri, eləcə də onların qohumlarının təqib edilməsilə" bağlı narahatlığını bildirib, Turan agentliyi məlumat yayıb.
“Jurnalistlər repressiyalardan qorxmadan ictimai maraq kəsb edən mövzular haqqında reportaj hazırlamağı bacarmalıdırlar. Jurnalistika cinayət deyil”, - o, X platformasındakı hesabında yazıb.
Öz növbəsində “Sərhədsiz reportyorlar” mətbuatı müdafiə təşkilatı Azərbaycan hakimiyyətini “jurnalist ovu”nu dayandırmağa və onları dərhal azad etməyə çağırıb.
Bununla onlar Elnarə Qasımova və Şahin Rzayevin həbsini şərh ediblər.
“Onlar noyabrın 20-dən sonra Azərbaycanda həbs olunan jurnalistlər siyahısında 8-ci və 9-cu yerdədir.
“Sərhədsiz reportyorlar” Azərbaycan hökumətini jurnalist ovunu dayandırmağa və onları dərhal azad etməyə çağırır”, - təşkilatın X platformasındakı hesabında deyilir.