Gecə saatlarında İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraqın şimalında yerləşən Ərbil şəhərinə və Suriyada bir neçə yerə balistik raketlərlə zərbə endirib.
Bu barədə SEPAH-ın yaydığı bəyanatda bildirilib.
Bəyanatda İraqın şımalındakı Kürdüstan muxtariyyətində MOSSAD-ın casus mərkəzinin hədəf alındığı qeyd edilib.
“Röyters” isə partlayış səslərinin Ərbil şəhərinin 40 kilometrliyində, ABŞ konsulluğuna yaxın ərazidə eşidildiyini yazıb. Həmçinin bildirilib ki, hücumu nəticəsində kürd iş adamı Peşrav Dzeyi və onun bir neçə ailə üzvü həlak olub. Daha bir raket hücumu “yüksək rütbəli kürd kəşfiyyat zabitinin” evinə, eləcə də kürd kəşfiyyat mərkəzinə düşüb.
SEPAH yaydığı bəyanatda hücumun komandirlərinin öldürülməsinə və son terror cinayətlərinə cavab olduğunu bildirib.