Yanvarın 16-da Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının Müdafiə, Daxili İşlər və Xarici Əlaqələr Komitəsinin sədri Əli Rəşid Əl-Nuaimin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Həmsöhbətlər ER-BƏƏ iqtisadi əlaqələrinin intensiv inkişafını məmnunluqla qeyd ediblər ki, bu əlaqələr çərçivəsində 2023-cü ildə ticarət dövriyyəsi 2022-ci illə müqayisədə 185 faiz artaraq 2,8 milyard dollara çatıb. Tərəflər, həmçinin ikitərəfli maraq doğuran sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Əl-Nuaimi ER hökumətinin təqdim etdiyi “Sülhün kəsişməsi” layihəsini dəstəklədiyini bildirib və bu layihə çərçivəsində tərəflər regional əməkdaşlığı müzakirə ediblər.