ABŞ Dövlət Departamentinin qlobal antikorrupsiya məsələləri üzrə koordinatoru Riçard Nefyu yanvarın 15-18-də Ermənistan və Gürcüstana səfər edəcək.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat verib.
Dövlət Departamentinin məlumatına görə, hər iki ölkədə korrupsiyaya qarşı mübarizədə cari səylər və problemlər müzakirə olunacaq, həmçinin gələcək əməkdaşlıq sahələri müəyyən ediləcək.
Riçard Nefyu Gürcüstanda hökumət, antikorrupsiya institutları, istintaq orqanları və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.