Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiya və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının növbəti iclası yanvarın sonunda keçiriləcək. Bu Barədə ER-nin baş nazirinin müavini Mher Qriqoryan "Lurer"ə bildirib və qeyd edib ki, konkret tarix, vaxt və yer əlavə olaraq razılaşdırılmalıdır.
Qriqoryanın sözlərinə görə, ilkin razılaşmalara uyğun olaraq, əvvəlcə komissiyaların birgə fəaliyyətinə dair əsasnamə layihəsi müzakirə olunacaq. Həmin əsasnamədə birgə iş zamanı istifadə üçün hüquqi əhəmiyyət kəsb edən sənəd və hüquqi aktların növləri dəqiq müəyyən edilməli, müvafiq hüquqi əsaslarla səlahiyyətli orqanlar tərəfindən tərtib edilmiş və dərc edilmiş SSRİ dövrünün son topoqrafik xəritələri və digər bu kimi məsələlər müəyyən edilməlidir.