Bazar ertəsi Ayovada Respublikaçılar Partiyasının fəallarının ilk iclasları keçiriləcək ki, bu da Respublikaçıların prezidentliyə namizədinin müəyyən edilməsi prosesinə rəsmi start verəcək.
Ayovada namizədlik uğrunda dörd Respublikaçı namizəd mübarizə aparacaq: keçmiş prezident Donald Tramp, ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli, Florida ştatının qubernatoru Roy DeSantis və iş adamı Vivek Ramasvami.
BBC-nin məlumatına görə, respublikaçıların əksəriyyəti hazırda 4 müxtəlif məhkəmə prosesində iştirak edən keçmiş prezident Donald Trampı dəstəkləyir.