“Ermənistan Respublikasının xarici siyasət gündəmində Yaxın Şərq regionunun öz yeri var. Bu kontekstdə 2023-cü il bir sıra mühüm hadisələrlə yadda qaldı.
Nazir Mirzoyan Misir, Suriya, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynə səfər edib.
Ermənistan Respublikası müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq ER xarici işlər naziri Ərəb Dövlətləri Liqası Şurasının nazirlər səviyyəsində sessiyasında iştirak edib.
Xatırladaq ki, nazir Mirzoyanın Suriyaya, konkret olaraq Dəməşq və Hələb şəhərlərinə səfəri fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən sonra baş tutub və səfər zamanı nazir ER hökumətinin göstərdiyi humanitar dəstəyi çatdırıb.
Digər beynəlxalq müqavilələrlə yanaşı, fevralın 1-dən qüvvəyə minəcək Ermənistan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üçün giriş vizası tələbinin qarşılıqlı ləğvi haqqında protokol imzalanıb.
Nazir Mirzoyanın İordaniya, Livan, Səudiyyə Ərəbistanı xarici işlər nazirləri, Ərəb Dövlətləri Liqası və Körfəz Əməkdaşlıq Şurasının baş katibləri ilə də çoxtərəfli platformalarda görüşləri keçirilib.
Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr qurulub.
İl ərzində nazir müavini Vahan Kostanyanın həmsədrliyi ilə Oman və Tunis xarici işlər nazirlərinin müavinləri səviyyəsində siyasi məsləhətləşmələr aparılıb”.