Sülh prosesinin geriləməsi, irəliləməsi və ya durğunluğu ilə bağlı rəsmi Yerevanın nümayəndələri tərəfindən verilən istənilən qiymət suveren dövlətin mütləq səlahiyyətidir. Bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirdi.
“Cənubi Qafqazda həqiqətən sabit sülhün bərqərar olması üçün qeyri-alternativ yol xəritəsi Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli sazişlər kompleksidir. Vaşinqton və Brüssel ya sadəcə olaraq onları kopyaladılar, ya da öz maraqlarına uyğun olaraq yenidən şərh etdilər”- deyə Zaxarova bildirib.