Bayden administrasiyasının Avropa və Avrasiya üzrə məsul rəsmisi bildirib ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh sazişini, davamlı və ləyaqətli sülhü dəstəkləyir və daha çox kömək etmək istəyir.
Dövlət katibinin köməkçisi, səfir Ceyms O'Brayen Dövlət Departamentinin Brüssel Media Qovşağına zəngi zamanı jurnalistlərə deyib: "Biz [Azərbaycan və Ermənistanın] ikitərəfli əsasda möhkəm gündəliyə malik olmasından və qalan məsələləri həll etmək əzmində olmadından çox ümidlənirik" .
"İşlənilməsi üçün daha çox şey var və biz də onlara kömək edə bildiyimiz dərəcədə, dəstək olmaqdan məmnunuq" deyə O'Brayen bildirib.
ABŞ-ın hər iki ölkə ilə iqtisadi , təhlükəsizlik və siyasi sahələri əhatə edən "tam əlaqələri" var və “biz onların hər ikisinin sülh razılaşmasından faydalanmasını istərdik". “Və biz bunun ən məqbul olan şəkildə sona çatması üçün çalışacağıq”, amerikalı diplomat qeyd edib.
O, daha sonra əlavə edib: "Düşünürəm ki, bu, hər iki hökumətin öz xalqı üçün daha çox xidmət göstərməsi üçün daha bir gözəl fürsətdir. Ermənistanda islahatların gündəliyi çox təsir edicidir. Azərbaycan seçkilərə gedir və mən bu ölkənin regional iqtisadi inkişafa nə qədər əhəmiyyət verilməsindən məlumatlıyam. Məncə, sülh razılaşması bu planlara yalnız kömək edəcək”.
O'Brayen deyib ki, Vaşinqton "həbsdə olan bəzi şəxslərlə bağlı narahatlıqlarımızdan tutmuş ikitərəfli məsələlərə qədər" gündəmdə olan bütün məsələləri hər iki ölkə ilə müzakirə etmək istəyir.
"İrəli getdikcə bizim çox dolğun bir gündəliyimiz olacaq. Ancaq bunların hamısı iki ölkə arasında davamlı və ləyaqətli sülhü təşviq etmək çətiri altında mümkündür", sonda O'Brayen vurğulayıb.