2023-cü ildə Meğri gömrük məntəqəsinin modernləşdirilməsinə başlanılıb, bunun nəticəsində beynəlxalq tələblərə cavab verən gömrük məntəqəsinin yaradılması planlaşdırılır.
Bu barədə Dövlət Gəlirləri komitəsinin sədr müavini Karen Tamazyan mətbuat konfransında bildirib.
O qeyd edib ki, Baqrataşen keçid məntəqəsində də modernləşdirmə işləri aparılır.
““Marqara” keçid məntəqəsi tam təmir olunub və istismara hazırdır”, - deyə Tamazyan vurğuladı.
O əlavə edib ki, sərnişinlərə lazımi xidmət göstərmək üçün keçid məntəqəsi gömrük texniki vasitələri, infrastrukturu ilə təchiz edilib, sərhədçilər məsələsi də həll olunub.