Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Stefan Sejurneini Fransanın xarici işlər naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib.
“Stefan Sejurneini Fransanın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə ürəkdən təbrik edirəm və ona Fransanın nüfuzuna xidmət etmək kimi vacib missiyasına görə uğurlar arzulayıram. Mən Ermənistan-Fransa dostluğunu və tərəfdaşlığını gücləndirmək üçün birgə işləməyi səbirsizliklə gözləyirəm”, – nazir X mikrobloqunda yazıb.