Hindistanın Qucarat bölgəsində keçirilən “Vibrant Gujarat” Ümumdünya Sammiti çərçivəsində nazir Vahan Kerobyan Hindistanın limanlar, gəmiçilik və su yolları naziri Sarbananda Sonoval ilə görüşüb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Görüşdə nazir müavini Narek Teryan və ER-in Hindistandakı fövqəladə və səlahiyyətli səfiri Vahaqn Afyan da iştirak ediblər.
Görüş zamanı iki ölkə arasında ticarət dövriyyəsinin həcminin artırılması, logistika infrastrukturunun genişləndirilməsi, Hindistan-İran-Ermənistan ticarət kanalları ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
Vahan Kerobyan vurğulayıb ki, Ermənistan Hindistan üçün AİB və Avropa ölkələrinə tranzit ölkəyə çevrilə bilər.