Ermənistan və erməni xalqı üçün çoxəsrlik tarixə malik və qarşılıqlı hörmətə əsaslanan və indi də dinamik şəkildə inkişaf edən isti Ermənistan-İran münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Bunu Ermənistan-İran dostluq qrupunun rəhbəri Gevorg Papoyan İranın Ermənistandakı səfiri Mehdi Sobhanii ilə görüşdə bildirdi.
Papoyan ikitərəfli ticarət dövriyyəsinin həcminin artırılmasına yönəlmiş səyləri xüsusi şəkildə vurğuladı. Dostluq qrupunun rəhbəri “Elektrik üçün qaz” müqaviləsinin uzadılmasını da mühüm nailiyyət hesab edib. O, Syunikdə Agarak-Kacaran yolunun tikintisinə İran şirkətlərinin cəlb olunduğunu vurğulayıb.
Deputat bundan başqa qarşılıqlı faydalı əməkdaşlığın əsaslarının möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin roluna da əhəmiyyət verib.
O qeyd edib ki, İran Ermənistan üçün xüsusi tərəfdaş olub və qalır. İran İslam Respublikası balanslaşdırılmış siyasətlə regionda sülhün və sabitliyin bərqərar olmasına və möhkəmlənməsinə töhfə verir.
İranın Ermənistandakı səfiri görüşdə öz növbəsində qeyd edib ki, bu gün Ermənistan tarixin həssas döngələrindədir. Səfir, iqtisadi əməkdaşlığın prioritetliyini vurğulayaraq qeyd edib ki, siyasi münasibətlər iqtisadi əlaqələrə yol açmalıdır. O, infrastrukturun düzgün işləməsinə də əhəmiyyət verib.
Tərəflər regional təhlükəsizlik məsələlərini, “Sülhün kəsişməsi” layihəsini də müzakirə ediblər. G. Papoyan İran Respublikasının Ermənistanın ərazi bütövlüyü, sərhədlərinin ayrılmazlığı və suverenliyi ilə bağlı aydın mövqeyini də xüsusi şəkildə vurğuladı.
“Biz Ermənistanla uzunmüddətli strateji əlaqələrə malik olmaq istəyirik”, - səfir Mehdi Sobhani bildirib.
Görüşdə deputattlar Babken Tunyan, Rustam Bakoyan, Karen Hambardzumyan, Mariam Pogosyan, Geğam Nazaryan, Kristina Vardanyan, İrina Gasparyan da işitrak ediblər.
Dostluq qrupunun üzvləri də İranla əlaqələrin inkişaf etdirilməsi və dərinləşdirilməsinin vacibliyini vurğulayıblar. İkitərəfli iqtisadi əlaqələrin inkişafı, kənd təsərrüfatı, enerji, təhsil və bir sıra digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.