Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndə heyətinin Ermənistana səfərini alqışlayıb.
“Avropa İttifaqı və Ermənistan 2024-cü ilə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində intensiv işlərlə başlayıb. Bu kontekstdə mən 2024-cü ilin yanvarın 9-11-də Ermənistanda səfərdə olan və Avropa Sülh Fondu vasitəsilə mümkün əməkdaşlıq variantlarını müzakirə edən Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndə heyətini alqışlamaqdan xoşbəxt oldum”, - Maraqos X mikrobloqunda yazıb.