İranın Kəşfiyyat Nazirliyi yanvarın 3-də Kirman şəhərində terror aktını təşkil etməkdə şübhəli bilinən 35 nəfərin həbs edildiyini açıqlayıb, IRNA agentliyi xəbər verir.
Şübhəlilərin Qərbi Azərbaycan, Spahan, Kirman, Sistan və Bəlucistan, Tehran və Xorasan Rzavi əyalətlərində həbs edildiyi bildirilir.
Agentliyin məlumatına görə, əməliyyat rəhbəri qeyri-qanuni olaraq cənub-şərq sərhədlərindən ölkə ərazisinə daxil olub və terror aktından iki gün əvvəl İslam Respublikasını tərk edib. O, əməliyyata rəhbərlik etməklə yanaşı, əldəqayırma partlayıcı qurğuların istehsalı ilə də məşğul olub.