Azərbaycan hakimiyyəti ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul etməkdən imtina etdi. Bu barədə Minval.az öz diplomatik mənbəyinə istinadla yazır.
Qeyd olunur ki, müşaviri qəbul etməkdən imtinanın əsas səbəbi “Vaşinqtonun birtərəfli siyasətdir”.
Xatırladaq ki, Bono günlər əvvəl Yerevana gəlmişdi. Onun ER XİN rəhbəri, TŞ katibi və parlamentin vitse-spikeri ilə görüşləri olmuşdur.