Ötən il 9399 Gürcüstan vətəndaşı Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyib.
Bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib.
Məlumata görə, müraciət edənlərdən yalnız 31-inə qaçqın statusu verilib. 7964 ərizəçinin göstərdiyi səbəb qaçqın statusu almaq üçün uyğun olmayıb.
Federal İdarə həmin şəxslərin sığınacaq istəyinə rədd cavabı verərək, onlara ölkəni könüllü tərk etmələri barədə bildiriş göndərib.
Ötən il Almaniyadan Gürcüstana deportasiya edilənlərdən 245-i milliyyətcə azərbaycanlıdır.