Yanvarın 9-da ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa Xarici Fəaliyyət Xidmətinin departamentinin rəhbəri Rori Domminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ER Təhlükəsizlik Şurasının katibi nümayəndə heyətinin Ermənistana səfərini alqışlayıb və ER-Aİ arasında təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına əhəmiyyət verib. Qriqoryan qeyd edib ki, Aİ ilə əməkdaşlıq regionda sabit təhlükəsizlik mühitinə töhfə verir.
Tərəflər Avropanın Sülh Alətləri vasitəsilə Ermənistana dəstək verilməsi prosesi haqqında fikir mübadiləsi də apardılar.