Sülh müqaviləsi ilə bağlı təkliflər mübadiləsi aparılıb. Biz Azərbaycan tərəfinin sülh müqaviləsi ilə bağlı təkliflərini almışıq, yanvarın 4-də biz Ermənistan tərəfinin təkliflərini təqdim etmişik. Bu barədə ER xarici işlər naziri Ararat Mirzoyan Yunanıstanın xarici işlər naziri ilə keçirdiyi mətbuat konfransında bildirib.
“Sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfinin təqdim etdiyi son təkliflərdə Ermənistan tərəfi həm məzmun baxımından müəyyən geriləmə, həm də bəzi digər istiqamətlərdə müəyyən irəliləyiş görür. Biz o təkliflər üzərində çox konstruktiv işlədik və öz təkliflərimizi göndərdik, əminəm ki, onlar çox konstruktivdir”, - deyə Mirzoyan bildirib.