Sizin səfəriniz həqiqətən də həmrəyliyə və dəstəyə ehtiyac hiss etdiyimiz bir zamanda həmrəyliyin mühüm təzahürüdür. Bunu ER xarici işlər naziri Ararat Mirzoyan Yunanıstanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib.
Mirzoyan məlumat verib ki, Yunanıstanın başçılıq etdiyi nümayəndə heyətinə Dağlıq Qarabağ ermənilərinin məcburi köçkünlüyündən sonra Cənubi Qafqazdakı vəziyyəti, o cümlədən sülh prosesinin təfərrüatlarını, Ermənistanın problemlərini və təşəbbüslərini, xüsusilə də “Sülh kəsişməsi” layihəsi ilə bağlı ətraflı məlumat verib.
“Mən vurğuladım ki, bütün çətinliklərə, şahidi olduğumuz qeyri-kostruktivlyə baxmayaraq, ER Cənubi Qafqazda sülh yaratmaq, sülh danışıqlarını davam etdirmək əzmindədir və biz inanırıq ki, hər iki tərəfdən konstruktiv yanaşma olarsa, siyasi iradə olarsa, biz çox yaxın gələcəkdə sülhün bərqərar olması məsələsində nəzərəçarpacaq nəticəyə çata bilərik”, - deyə nazir bildirib.