ABŞ-ın Azərbaycandakı səfirliyi bildirdi ki, Vaşinqton Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirəcək istənilən prosesə kömək etməyə hazırdır.
Qeyd olunub ki, ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Lui Bono Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləmək üçün mütəmadi olaraq tərəflərlə danışıqlar aparır.