Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədlərin qeydiyyatı üçün sənədlərin və imza vərəqələrinin (40 min seçici imzası) Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti dünən başa çatıb, turan agentliyi məlumat yayıb.
Seçki kampaniyası başladıqdan etibarən MSK-ya namizədlərin irəli sürülməsi haqqında ümumilikdə 17 müraciət daxil olub. Onlar hamısı təsdiq edilib və onlara imza vərəqələri verilib.
Cəmi 7 namizəd 40 min imzanın yer aldığı sənədləri qaytarıb. Onlardan üçü - hazırkı dövlət başçısı İlham Əliyev, parlamentin insan hüquqları komitəsinin sədri Zahid Oruc və Milli Cəbhə Partiyasının lideri Razi Nurullayev artıq rəsmi olaraq qeydiyyata alınıb.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Azərbaycan Vahid Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və keçmiş Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyevin sənədlərinə və imza vərəqələrinə hələ MSK-da baxılır.
Yaxın günlərdə MSK namizədlərin qeydiyyata alınması və ya qeydiyyatdan imtina haqqında qərar qəbul etməlidir.