Ermənistanın Baş naziri Nikol Paşinyan Xarici İşlər Nazirliyinə (XİN) gedib. O, nazir Ararat Mirzoyanın rəhbərlik etdiyi heyətlə görüşüb.
Xarici işlər naziri Ararat Mirzoyan və nazir müavinləri görülən işləri, cari və gələn il üçün plan və prioritetləri təqdim ediblər.
2023-cü ilin əvvəlindən Laçın dəhlizinin bağlanması şəraitində Azərbaycanın Dağlıq Qarabağ xalqına qarşı etnik təmizləmə siyasəti, sentyabrda hərbi hücumun yaratdığı vəziyyətdə ER-nin atdığı addımlara toxunulub.
Dağlıq Qarabağdan məcburi köçkün düşmüş 100 mindən çox erməni əhalisinin hüquq və ehtiyaclarının həlli və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.
2023-cü ildə ölkənin xarici siyasət kursunda görülən işlər barədə hökumət başçısına məlumat verilib. Tərəfdaş dövlətlərlə ikitərəfli səviyyədə əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan addımlar və mövcud nəticələr baş nazirə təqdim olunub.
Qeyd olunub ki, il ərzində Ermənistan Respublikasına 34 yüksək səviyyəli səfər, ER-in yüksək vəzifəli şəxsləri tərəfindən 68 səfər edilib, onlardan 40-ı xarici işlər naziri tərəfindən edilib.
N.Paşinyan XİN əməkdaşları ilə Cənubi Qafqazda sabitliyin və sülhün təmin edilməsinə yönəlmiş səyləri də müzakirə edib.
Digər təşəbbüslərlə yanaşı, ER hökuməti tərəfindən hazırlanmış “Sülhün kəsişməsi” layihəsinin təşviği istiqamətində görülən işlər də təqdim olunub.
"Ermənistanın xarici siyasətinin əsas məqsədi Ermənistanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü təmin etməkdir", - Baş nazir bildirib. Nikol Paşinyan həmçinin xarici siyasətin iqtisadi komponentindən maksimum istifadənin vacibliyini vurğulayıb və məsul şəxslərə tapşırıqlar verib.