Elizabet Born hökumətinin təhsil naziri Qabriel Atal Fransanın yeni baş naziri təyin edilib. Müvafiq sərəncamı Fransa prezidenti imzalayıb.
Atalın 34 yaşı var və Emmanuel Makronun yaxın müttəfiqlərindən biridir.
Daha əvvəl Elizabet Bornun istefa verdiyi barədə məlumat vermişdik. O, 2022-ci ilin may ayından Fransanın Nazirlər Kabinetinə rəhbərlik edir və keçən il bir çox etirazlara səbəb olan dərin populyar olmayan pensiya islahatını həyata keçirib.