Səudiyyə Ərəbistanının dövlət şirkəti Saudi Aramco tələbin azalması fonunda fevral ayı tədarükləri üçün əsas neft markası olan Arab Light-ın bütün regionlarında qiymətlərini endirib, Bloomberg yazır.
Beləliklə, Asiyaya tədarükün qiymətləri bir barel üçün 1,5-2 dollar azalıb. Bundan əlavə, Şimal-Qərbi Avropa, Aralıq dənizi ölkələri və Şimali Amerikada qiymətlər azalıb.
Agentlik qeyd edir ki, fevral və mart aylarında neft istehlakında azalma müşahidə olunur, çünki həmin dövrdə neft emalı zavodları planlaşdırılan texniki işlər üçün bağlanır.
Bloomberg-in məlumatına görə, qiymətlərin aşağı salınması qərarı həm də ABŞ-dan neft tədarükünün artması səbəbindən qəbul edilib. OPEC+ hasilatının azaldılması fonunda ABŞ şist neft hasilatını artırıb.