Roma Papası Fransisk Ukraynadakı münaqişəni danışıqlar yolu ilə dayandırmağa çağırıb.
“Təəssüf ki, Rusiyanın Ukraynaya qarşı iki ilə yaxın davam edən genişmiqyaslı müharibəsindən sonra çoxsaylı qurbanlara və dağıntılara baxmayaraq, çox arzulanan sülhə üçün zehinlərdə və ürəklərdə yer tapmaq mümkün olmur.
Biz milyonlarla insana zərər vuran bu münaqişənin uzanmasına imkan verə bilmərik, biz beynəlxalq hüquqa hörmət edərək, danışıqlar yolu ilə davam edən faciəyə son qoymalıyıq”, - deyə o, Müqəddəs Taxt-tacda akkreditə olunmuş diplomatlara müraciət edərək bildirib.
O, həmçinin Cənubi Qafqazdakı gərginlik və Azərbaycanla Ermənistan arasında baş verən toqquşmalarla bağlı narahatlığını bildirib, tərəfləri sülh müqaviləsi bağlamağa çağırıb. Fransisk həmçinin köçkünlərin geri qayıtma hüquqlarının qorunub saxlanmasının və ibadət yerlərinə hörmət edilməsinin vacibliyini vurğulayıb.